Bu məhsullar xərçəng xəstəliyinə səbəb olur - XƏBƏRDARLIQ

13:57 - 15 May 2025

Bu məhsullar xərçəng xəstəliyinə səbəb olur - XƏBƏRDARLIQ

Bakının bir çox ərazisində 3 manatlıq və ya daha ucuz qiymətə olan dürümlər satılır. Bəs bu kimi məhsulların ucuz satılmasının səbəbi nədr? Hansı ətlərdən hazırlanır? 


Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, farş ətindən hazırlanan bir çox qida məhsulu mövcuddur.

"Lakin bu cür məhsullar, istər restoranlarda, istərsə də hazır şəkildə satılan farş şəklində təqdim olunduqda, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Çünki bir çox hallarda bu ətlərin tərkibinə ucuz və keyfiyyətsiz ət tullantıları qarışdırılır. Xüsusilə yeyilməyə yararsız sümük tozunun, qığırdaq parçalarının və daxili orqanların farşa əlavə olunması halları müşahidə olunur. Bununla yanaşı, dadı maskalamaq üçün süni dadlandırıcılardan, çoxlu miqdarda ədviyyatlardan, soğandan və digər əlavələrdən istifadə edilir. Məqsəd – məhsulun keyfiyyətsizliyini gizlətməkdir".

Ekspert qeyd edib ki, belə hallarda insan istehlakı üçün yararsız ətlər – xəstə və ya yaşlı heyvanların əti də istifadə oluna bilər.

"Aparılmış monitorinqlər göstərir ki, bəzi hallarda at və eşşək əti kimi qeyri-qanuni məhsullar da farş ətinə qarışdırılaraq ucuz qiymətə satışa çıxarılır. Bu cür halların mövcudluğu səbəbilə, hər hansı nümunə götürülmədən dəqiq rəy vermək düzgün olmasa da, bazarda ətin qiyməti ilə müqayisədə 3 manata və ya daha ucuz satılan farşdan hazırlanan dürümlər və başqa məhsullar müəyyən şübhələr doğurur.

Belə məhsulların istehlakı bir çox hallarda sağlamlıq üçün ciddi risklər yarada bilər. Bunlara qida zəhərlənmələri, mədə-bağırsaq sisteminin pozulması, mədə yarası və turşuluq balansının dəyişməsi kimi hallar daxildir. Bundan əlavə, bu məhsulların dəfələrlə isidilmiş yağlarda hazırlanması və ya yüksək istiliyə məruz qalması nəticəsində xərçəng riskinin artdığı da müşahidə olunur. Çünki yanmış və hidrogenləşdirilmiş yağlar, eləcə də süni qatqılar insan orqanizmi üçün zərərlidir və uzun müddətli istifadəsi xərçəng riskini artırır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv