Xəbər verdiyimiz kimi, bu gün səhər saat 9:00 radələrində Xətai rayonu ərazisində yerləşən "Neapol" şadlıq evində yanğın başlayıb.
FHN-dən Manset.az-a verilən məlumata görə, yanğın nəticəsində 2 kv.m. kağız yanıb. Yanğın qısa müddətdə söndürülüb.
***
Bakıda məşhur şadlıq evində yanğın baş verib
Manset.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu ərazisində yerləşən "Neapol" şadlıq evində yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.