Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin idarə etdiyi bahalı avtomobil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri din xadiminin belə bahalı maşın sürməyini tənqid edərək, bu avtomobilin vətəndaşların nəzir və ianələri hesabına alındığını qeyd ediblər.
Manset.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb. Jurnalistin sualını eşidən Hacı Surxay məlumatı nə təsdiq, nə də inkar edib:
“Mən tədbirdəyəm. Bu barədə danışmayacam” – deyə o bildirib.
Daha sonra Hacı Surxay Məmmədli telefonu söndürüb.
Qeyd edək ki, ilahiyyatçının idarə etdiyi “Nissan Patrol” markalı avtomobilin qiyməti təxminən 150-200 min manat arasında dəyişir.