Türkiyə və Pakistanın Qarabağ mesajı - Azərbaycanın yanındayıq

17:42 - 30 May 2025

Türkiyə və Pakistanın Qarabağ mesajı - Azərbaycanın yanındayıq

"Yalnız Laçında deyil, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində qardaş Türkiyənin və Pakistanın Azərbaycanla çiyin-çiyinə müxtəlif formalarda fəaliyyət göstərdiyini qeyd etmək mümkündür. Xüsusilə nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə hər iki ölkənin – həm Türkiyənin, həm də Pakistanın birmənalı və qətiyyətli şəkildə Azərbaycanın yanında yer alması, bu, təkcə dövlət səviyyəsində deyil, xalq baxımından da son dərəcə ciddi və qürurverici bir hadisə kimi dəyərləndirilə bilər".


Bu sözləri Manset.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

O bildirib ki, həm Pakistanın Baş nazirinin, həm də Türkiyə Prezidentinin Azərbaycanın paytaxtına deyil, məhz işğaldan azad edilmiş ərazilərə birbaşa səfər etməsi, orada görüşlər keçirməsi, yerli sakinlərlə birbaşa ünsiyyət qurması heç də təsadüfi deyil:

"Bu, əslində cəmiyyətə verilən açıq bir mesajdır – biz Azərbaycan xalqının və dövlətinin yanındayıq. Eyni zamanda bu, dünyaya ünvanlanan bir mesajdır ki, Türkiyə və Pakistan Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Pakistan və Türkiyə liderlərinin Qarabağ və Laçına səfərləri, səfər çərçivəsində hava limanının açılışında iştirak etmələri, sakinlərlə görüşləri, muğam dinləmələri və musiqi tədbirinə qatılmaları, bütün bunlar üçtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bununla yanaşı, tərəflər arasında iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir. Gözlənilir ki, qarşıdakı dövrdə də bu əlaqələr daha da inkişaf edəcək".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv