"Bu Azərbaycan üçün regional liderliyin təsdiqidir" - Deputat

11:56 - 31 May 2025

\"Bu Azərbaycan üçün regional liderliyin təsdiqidir\" - Deputat

"Azərbaycanın Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları şanlı tariximizin ən önəmli günlərini yaşayır. Ermənistanın həyata keçirdiyi vandallıq, barbarlıq nəticəsində dağıdılmış, viran qoyulmuş torpaqlarımız 30 ildən sonra dirçəlir, yenidən qurulur, əsl sahibini - azərbaycanlılara qollarını açır. Bu gün bu torpaqlarda həyat qaynayır, nəinki regional, o cümlədən dünya miqyaslı meqalayihələrə şahidlik edir".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib. 

O bildirib ki, Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə diplomatik baxımdan deyil, həm də rəmzi mənada mühüm əhəmiyyət daşıyırdı:

"44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən Laçında üç qardaş ölkərəhbərlərinin iştirakı ilə yüksəksəviyyəli tədbirlərin keçirilməsi bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunduğunu göstərir. Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Bu Azərbaycan üçün beynəlxalq legitimliyin və regional liderliyin təsdiqidir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin möhkəmləndirilməsidir.Bu gün eynəlxalq güclər, qlobal Cənub və qlobal Şimal Azərbaycanı, Türkiyəni və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələnin nəticələrinin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olmasını bəyan etməsi, eynilə Pakistanla Hindistan arasında hərbi toqquşma zamanı ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Türkiyə ilə birlikdə regional və qismən qlobal müstəvidə siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə mövqeyini ortaya qoyur, nəticələr də var. Artıq yeni format yaranıb, Azərbaycan-Türkiyə-Pakistan birliyi beynəlxal arenada qəbul edilir. Laçın Zirvə görüşünü mahiyyət etibarilə 2021-ci ilin iyunundakı Şuşa görüşü ilə müqayisə etmək olar".

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi regionda revanşizmə son qoyduğu kimi, "Üç Qardaş" formatı da imperiya təfəkkürlü dövlətlərin iştahını pozdu:

"Laçın Zirvə görüşü və üçtərəfli münasibətlərin yeni səviyyəsi regionda Azərbaycanın haqlı olaraq irəli sürdüyü digər məsələlərin də həllini tapacağının təminatıdır. Zirvə görüşü, eyni zamanda Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Regional sabitliyin, davamlı inkişafın rəmzi olan bu birluk qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv