Xalq artistinin ailə videosu müzakirə yaratdı: Oğlundan cavab gecikmədi - VİDEO

17:45 - 02 İyun 2025

Xalq artistinin ailə videosu müzakirə yaratdı: Oğlundan cavab gecikmədi - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın oğlu onun haqqında yazılan rəylərə cavab verib. Manset.az xəbər verir ki, 30 may tarixində toy ildönümünü qeyd edən Brilliant Dadaşova həyat yoldaşı və oğlu ilə birlikdə video paylaşıb.

Kadrlarda müğənninin oğlu Cahadın arxası atasına tərəf oturması izləyicilər tərəfindən tənqid olunub.

Cahad ona ünvanlanan iradları toplayaraq tənqidlərə video ilə cavab verib. O, videoda atasına bu məsələnin onu narahat edib-etmədiyini soruşur. Atası isə cavabında “Hər şey qaydasındadır” deyə bildirib.

Sözügedən görüntüləri təqdim edirik: 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv