Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı mina təhlükəsi olan bölgədə önəmli bir addım atıb.
Manset.az xəbər verir ki, o, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ilə birlikdə Füzuli rayonunun Horadiz kəndi ətrafındakı meşə sahəsində mina zərərsizləşdirmə prosesində iştirak edib.
ANAMA tərəfindən ərazidə aşkarlanmış minalardan birinin zərərsizləşdirilməsi məhz Sabir Rüstəmxanlıya həvalə olunub.
Sözügedən görüntüləri təqdim edirik: