Mobil rabitə operatoru “Azercell” 1 iyul 2025-ci il tarixindən etibarən fakturasız nömrələr üçün yeni aktiv qalma müddəti qaydalarını tətbiq edəcəyini açıqlayıb. Bu dəyişiklik sosial şəbəkələrdə geniş rezonans doğurub və bir sıra istifadəçilər yeni şərtlərlə razı olmadıqlarını bildiriblər.
Manset.az xəbər verir ki, qaydalara əsasən, balansın artırılması zamanı nömrənin aktiv qalma müddəti ödənilən məbləğə uyğun olaraq aşağıdakı kimi müəyyənləşəcək:
-
1-1,99 manat – 1 gün;
-
2-2,99 manat – 2 gün;
-
3-4,99 manat – 3 gün;
-
5-9,99 manat – 5 gün.
Yeni qaydalara qarşı etiraz edən abonentlər sosial şəbəkələrdə #BoycotAzercell həştəqi ilə kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində istifadəçilər provayderi şərtlərə yenidən baxmağa çağırırlar.