"Rusiya Qarabağa nəzarəti itirməyə təəssüflə yanaşır" - Deputat

14:59 - 10 İyun 2025

\"Rusiya Qarabağa nəzarəti itirməyə təəssüflə yanaşır\" - Deputat

"Rusiyanın Ukraynaya qarşı apardığı uzunmüddətli müharibə ölkə daxilində millətçi əhval-ruhiyyəni daha da gücləndirib. Bu ekstremal vəziyyət bəzi rus siyasətçilərinin düşüncələrində olan məsələləri açıq şəkildə ifadə etməsinə səbəb olur. Vladimir Medinskinin Ukrayna ilə Qarabağ arasında apardığı uğursuz müqayisə də bu kontekstdə qiymətləndirilməlidir".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, bu cür açıqlamalar təsadüfi deyil:

"Əksinə, Rusiyadakı şovinist dairələrin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmədiklərinin göstəricisidir. Bu dairələr hələ də Qarabağa nəzarəti itirməyə təəssüflə yanaşır və fürsət düşdükdə bu mövzunu yenidən gündəmə gətirmək niyyətindədirlər.

Ən narahatedici məqam isə ondan ibarətdir ki, bu cür bəyanatlar təkcə fərdi fikirlər deyil, Rusiyadakı radikal şovinist mərkəzlərin ortaq mövqeyini əks etdirir. Bu, regionda sabitlik və təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi isə bu cür bəyanatları sərt şəkildə qınayaraq, öz mövqeyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu nümayiş etdirir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv