Xəbər verdiyimiz kimi, Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində çoxsaylı sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə 242 nəfər olub. Qəza nəticəsində çoxlu sayda ölənlərin olduğu bildirilib.
Manset.az baş verən dəhşətli qəzada ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmamasını dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ilə əlaqə saxlayıb.
A.Hacızadə saytımıza açıqlamasında bu barədə məlumatın olmadığını bildirib:
"Bu barədə bizə məlumat daxil olmayıb. Hər hansı məlumat daxil olarsa, məlumat veriləcək".
Manşet.az