"Azərbaycan elektrik enerjisi ixrac edən bir ölkəyə çevrilib" - Politoloq

17:53 - 24 İyun 2025

\"Azərbaycan elektrik enerjisi ixrac edən bir ölkəyə çevrilib\" - Politoloq

2003-cü ildən sonra cənab İlham Əliyevin prezident seçilməsi ilə ölkənin inkişafı istiqamətində mühüm addımlar atılmağa başlandı. Bu addımların əsas istiqamətlərindən biri də energetika sahəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk olaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanaraq icraya başlandı. Bu proqram çərçivəsində energetika sektoru da prioritet sahələrdən biri kimi nəzərdə tutulub.


Bu sözləri Manset.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

O bildirib ki, layihələr çərçivəsində Mingəçevirdə və digər bölgələrdə energetika infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr icra edilməyə başlanıb. Bu bölgələrdə yeni elektrik stansiyalarının tikilməsi, mövcud stansiyaların bərpası və enerji şəbəkələrinin qurulması istiqamətində işlər görülür".

Politoloq qeyd edib ki, bütün bu layihələr Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilir:

"Bu gün görülən işlərin ən mühüm nəticələrindən biri odur ki, Azərbaycan artıq öz elektrik enerjisinə olan tələbatını daxili istehsal hesabına tam təmin edir. Əgər 1990-cı illərin əvvəllərində ölkədə elektrik enerjisi çatışmazlığı müşahidə olunurdusa və Azərbaycan bu sahədə qonşu dövlətlərdən asılı vəziyyətdə idisə, bu gün Azərbaycan artıq elektrik enerjisi istehsal edən və ixrac edən bir ölkəyə çevrilib.

Görülən bu işlər və həyata keçirilən siyasət cəmiyyət tərəfindən də müsbət qarşılanır və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az