Qalmaqallı açıqlaması ilə efirdən uzaqlaşdırılan aparıcı Nigar Fərhad yenidən veriliş aparmağa hazırlaşır.
Manset.az-ın məlumatına görə, aparıcı bu barədə öz İnstagram səhifəsində paylaşım edib. İzləyicilərindən biri ona “Yenidən efirə çıxa bilərsiniz?” sualını ünvanlayıb. Nigar Fərhad isə “Əlbəttə, çox yaxında” cavabını verib.
Qeyd edək ki, o, bir müddət əvvəl köməkçi axtardığını açıqlamış və həmin paylaşımda yaxın vaxtlarda efirə qayıdacağını, yeni layihənin hazırlanmasında köməkçinin ona lazım olacağını bildirmişdi.
Xatırladaq ki, Nigar Fərhad bir müddət əvvəl aparıcısı olduğu verilişdə səsləndirdiyi “atasız qız almaram” ifadəsinə görə tənqid olunmuş və efirdən uzaqlaşdırılmışdı.