Miqrantlarımız Rusiya üçün mühüm iqtisadi qüvvədir. Onlara qarşı nümayiş etdirilən bu cür rasist münasibət təkcə Azərbaycana deyil, bütün regiona təhlükəli presedent yaradır. Bu məsələdə susmaq, baş verənləri normallaşdırmaq anlamına gəlir.
Bu fikirləri Manset.az-a açıqlamasında siyasi şərhçi Əliabbas Məhərrəmov bildirib:
"Dünya artıq anlamalıdır: kiçik dövlətlər də hüquq, ləyaqət və bərabər münasibətə layiqdir. Əgər qanun və hüquq yalnız “böyük”lər üçün keçərlidirsə, demək beynəlxalq nizamın özü sual altındadır".
O, qeyd edib ki, Azərbaycan bu məsələdə susmamalıdır. Rəsmi şəkildə diplomatik nota təqdim etməli və mövqeyini qəti şəkildə bildirməlidir:
"Zelenskini Rusiyaya qarşı müharibə apardığı üçün “səhv edib” kimi təqdim edənlərə bir sualım var: bəs bu gün Rusiya Yekaterinburqda azərbaycanlı miqrantlara qarşı qanunsuzluq, rasizm və təhqir tətbiq etdikdə nə etməliyik? Susmalıyıq, çünki qarşı tərəf 'böyük dövlətdir'?
Azərbaycan hər zaman olduğu kimi, xarici siyasətini müstəqil şəkildə yürüdür və bütün təhdidlərə adekvat cavab verir."
Seyranə Quliyeva