"Rusiya daxili siyasətindəki problemləri üzə çıxarır" - Deputat

13:17 - 30 İyun 2025

\"Rusiya daxili siyasətindəki problemləri üzə çıxarır\" - Deputat

Rusiyada qeyri-slavyanlara qarşı törədilən haqsızlıqlar, hər şeydən əvvəl, ölkə vətəndaşlarına etnik mənsubiyyətə görə ayrı-seçkilik tətbiq olunmasıdır. Bu, nə hüquqi baxımdan, nə də dövlətin vətəndaşlara münasibəti kontekstində əsla qəbulolunan deyil.


Bu sözləri Manset.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, hazırda Rusiya Federasiyası tarixinin çox çətin bir mərhələsindən keçir:

"İmperiyanın ağır vəziyyəti onun tərkibində yaşayan xalqlara, xüsusilə də qeyri-ruslara qarşı daha aqressiv davranışlara səbəb olur. Bu isə nəticə etibarilə cəmiyyətdə eybəcər təzahürlərin ortaya çıxmasına gətirib çıxarır.

Xüsusilə Orta Asiya və Azərbaycan mənşəli Rusiya vətəndaşlarına qarşı haqsız münasibət və zorakılıq halları müşahidə olunur. Bu cür davranışlar, təbii ki, Rusiya dövlətinin imicinə ciddi zərbə vurur və onun vətəndaşlar qarşısındakı nüfuzunu sarsıdır. Bu, eyni zamanda, Rusiya Federasiyası ilə postsovet ölkələri arasında münasibətlərin daha da gərginləşməsinə xidmət edir".

Deputat qeyd edib ki, azərbaycanlılara qarşı göstərilən haqsızlıq və onlara qarşı sərhədsiz güc tətbiqi əsla dövlət siyasətinə uyğun gələn bir yanaşma deyil:

"Buna görə də Rusiya Federasiyası, hər şeydən əvvəl, öz vətəndaşları qarşısında məsuliyyət daşıdığını dərk etməli və bu məsuliyyəti layiqincə yerinə yetirməyi bacarmalıdır.

Əgər bu gün Rusiya işçi qüvvəsinə ehtiyac duyur və müxtəlif ölkələrdən miqrantlar ölkəyə gəlirsə, bu, ilk növbədə, Rusiya iqtisadiyyatının dirçəlməsi üçün bir fürsət deməkdir. Həm miqrantlara, həm də qeyri-rus mənşəli vətəndaşlara qarşı tətbiq olunan zorakılıq, əslində, Rusiya Federasiyasının daxili siyasətindəki problemləri üzə çıxarır. Bu isə, təəssüf ki, ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az