Xəbər verdiyimiz kimi, Azərbaycanda Elm və Təhsil Nazirliyi adından saxta məlumat yayılır. Məlumat vətəndaşlara sosial şəbəkə və "messenger"lər vasitəsi ilə göndərilir. Yayılan məlumatda dövlət təhsil müəssələrində mərhələli şəkildə rus dilindən imtina olunacağı ilə bağlı xəbərlər yer alıb.
Məsələ ilə bağlı Manset.az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssələrində mərhələli şəkildə rus dilindən imtina olunacağı ilə bağlı rəsmi qərar yoxdur:
"Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur".
Seyranə Quliyeva