Dünən qəzada xəsarət alan 24 nəfərin SON DURUMU

10:26 - 10 İyul 2025

Dünən qəzada xəsarət alan 24 nəfərin  SON DURUMU

Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


TƏBİB-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, 09.07.2025-ci il tarixində saat 08:00 radələrində Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb.

"Onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

2 nəfər isə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az