Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
TƏBİB-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, 09.07.2025-ci il tarixində saat 08:00 radələrində Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb.
"Onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
2 nəfər isə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar".