“2025-ci ilin yanvar–iyun ayları ərzində aptek şəbəkələrində ümumilikdə 166 (149 planlı, 9 plandankənar və 8 yoxlamadan kənar-AEM-ə daxil olan məktublar əsasında yoxlamaya getmədən) yoxlama həyata keçirilmişdir”.
Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. Məlumata görə, yoxlamalar nəticəsində 43 aptekdə nöqsanlar aşkarlanıb:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə müvafiq protokollar tərtib edilmişdir.
2025-ci ilin iyun ayı ərzində aparılan 17 (Bakı üzrə 12, bölgələr üzrə 5) yoxlama zamanı hər hansı nöqsan qeydə alınmamışdır”.
Seyranə Quliyeva