"Ad günlərinin qeyd olunmaması uşaqlıq travmaları ilə bağlıdır "
Manset.az xəbər verir ki, bu fikirləri klinik psixoloq Şahin Əliyev "Zümrüdlə addım addım" layihəsində bildirib. O, verilişdə ad günlərinin qeyd edilməməsi mövzusuna toxunub. Psixoloq bildirib ki, insanların ad günlərindən qorxması və ya bu günü qeyd etməkdən çəkinməsinin əsas səbəbi uşaqlıq dövründə yaşanan travmalar və ailə mühitidir.
Şahin Əliyev vurğulayıb ki, bir çox hallarda ailələrdə ad günlərinin qeyd olunmaması, uşaqların xoş günlərdə sevincini ifadə etməməsi uşaqlıqdan gələn nümunələrlə bağlıdır. Belə ki, ailədə xoş günlər sanki önəmli hesab edilmir və bu münasibət uşaqlar tərəfindən də təkrarlanır.