Apple ABŞ-yə 100 milyard dollar investisiya yatıracaq

12:50 - 07 Avqust 2025

Apple ABŞ-yə 100 milyard dollar investisiya yatıracaq

Apple, ABŞ Prezidenti Donald Tramp-ın təzyiqi ilə 100 milyard dollarlıq yeni investisiya edəcəyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, şirkətə daha çox istehsalını ABŞ-də həyata keçirməyə imkan verəcək. Ağ Ev, bu addımla Apple-ın 4 il ərzində ölkə daxilindəki xərclərini 600 milyard dollara qədər artıracağını bildirib.

Tramp, Apple-a ABŞ-də yeni məlumat mərkəzləri və Kentucky ştatında iPhone üçün şüşə istehsal xətti qurmağı təklif edib. Bu addımlar, şirkətə çiplər və yarımkeçiricilərə tətbiq edilən tariflərdən yayınmaq imkanı verəcək.

Tim Cook isə, yeni fondun ABŞ-də həyati vacib komponentlərin istehsalını artıracağına diqqət çəkib və Tramp-a xüsusi bir şüşə heykəl hədiyyə edib.

Apple, Çindən asılılığını azaltsa da, əlavə gömrük vergiləri ödəmək məcburiyyətində qalıb. Yeni investisiya açıqlaması sonrası, Apple-ın səhmləri 5 faizdən çox bahalaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az