"Rusiyanın dövlətimizə qarşı belə münasibəti qəbuledilməzdir" - Deputat 

15:57 - 20 Avqust 2025

\"Rusiyanın dövlətimizə qarşı belə münasibəti qəbuledilməzdir\" - Deputat 

“Soydaşlarımıza qarşı həyata keçirilən bu əməliyyatlar məqsədyönlü anti-Azərbaycan siyasətinin təzahürüdür”.


Bu sözləri Manset.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib. 

O bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində son günlər müşahidə olunan gərginlik, xüsusilə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyatlar və onların ölüm halları cəmiyyətdə ciddi narazılıqla qarşılanıb:

M.Cəfərov qeyd edib ki, Rusiya rəsmilərinin, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birbaşa məsuliyyəti var:

“Soydaşlarımıza qarşı törədilən bu cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan dövləti də öz mövqeyini sərt formada ortaya qoydu. Hazırda Rusiyada yaşayan həmvətənlərimizə qarşı həyata keçirilən bu əməliyyatlar açıq şəkildə onların qorxudulması və Azərbaycana təzyiq göstərilməsi məqsədi daşıyır. Bu, Rusiyanın uzun illərdir istifadə etdiyi ‘kart’dır. Hər zaman ən kiçik fikir ayrılığında bu vasitədən yararlanaraq ölkəmizə təzyiq göstərməyə çalışırlar”.

Deputatın sözlərinə görə, baş verən hadisələrin araşdırılmasında şəffaflığın olmaması, saxlanılanların ölüm halları və sərt reydlər anti-Azərbaycan siyasətinin bariz nümunəsidir:

“Amma bütün hallarda Rusiyanın dövlətimizə qarşı belə münasibəti qəbuledilməzdir. Ümid edirəm ki, Azərbaycanın müstəqil və güclü xarici siyasətindən narahat olan şimal qonşumuz öz mövqeyində dəyişiklik edəcək”.


Seyranə Quliyeva 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az