Meksika hökuməti yeni gömrük qaydaları ilə əlaqədar ABŞ-yə poçt göndərişlərini müvəqqəti dayandıracağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında tariflərdən yayınmaq məqsədilə aparılan danışıqlar fonunda Meksika tərəfi yeni addım atıb. Meksikanın milli poçt xidməti Correos de Mexico bəyan edib ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın tətbiq etdiyi yeni gömrük qaydalarına görə bu ölkəyə poçt və yük daşımaları müvəqqəti olaraq dayandırılıb.
“Meksika xidmətlərin nizamlı şəkildə bərpasına imkan verəcək mexanizmlərin müəyyən olunması məqsədilə ABŞ hakimiyyət orqanları və beynəlxalq poçt təşkilatları ilə dialoqu davam etdirir”, – bəyanatda qeyd olunub.
Xatırladaq ki, prezident Donald Tramp tərəfindən iyulun 30-da imzalanan sərəncama əsasən, dəyəri 800 ABŞ dollarına qədər olan ixrac mallarına tətbiq olunan gömrük rüsumları ləğv edilib. Bununla belə, yalnız dəyəri 100 dollardan aşağı olan məktublar, sənədlər və suvenirlər gömrük rüsumundan azad edilməyə davam edəcək.