"Prezidentin Çin səfəri mühüm əhəmiyyət daşıyır" - Vahid Əhmədov

15:46 - 02 Sentyabr 2025

\"Prezidentin Çin səfəri mühüm əhəmiyyət daşıyır\" - Vahid Əhmədov

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyev Çin ilə münasibətləri gücləndirmək istiqamətində ardıcıl siyasət həyata keçirir və bu səfər də həmin siyasətin tərkib hissəsidir:

"Azərbaycan Prezidenti yaxın günlərdə Çinə səfər etdi və orada bir sıra mühüm görüşlər keçirdi. Səfər çərçivəsində ticarət əlaqələri ilə bağlı sazişlər imzalandı, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi müzakirə olundu."

O, qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasa da, Prezident İlham Əliyev bu dəfə təşkilat tərəfindən xüsusi dəvətlə tədbirə qatılıb:

"Bu, Azərbaycanın regional və beynəlxalq nüfuzunun göstəricisidir. Prezident orada Çin Xalq Respublikasının sədri də daxil olmaqla bir sıra ölkələrin liderləri ilə görüşlər keçirdi. Görüşlərdə məhsul idxalı və ixracı kimi məsələlər də əsas müzakirə mövzularından biri olub."

V.Əhmədov bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Ermənistanın baş naziri və Pakistanın baş naziri ilə də ayrı-ayrılıqda görüşüb:

"Bu kimi ikitərəfli təmaslar regionda sabitliyin təmin olunması və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından vacibdir."

Sonda iqtisadçı əlavə edib ki, Çin dünya üzrə ciddi iqtisadi inkişaf etmiş ölkələrdən biridir və bu ölkə ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir:

"Orada dövlət başçımız çox yüksək səviyyədə qarşılandı, ona olan münasibət və təşkil olunan tədbirlər bir daha göstərdi ki, Azərbaycan-Çin əlaqələri qarşılıqlı hörmət və maraqlar üzərində qurulub. Bu səfər olduqca əhəmiyyətli idi."


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az