Televiziya tamaşaçıları üçün aparıcıların yalnız peşəkarlığı deyil, həm də xarici görünüşü həmişə maraq doğurub. Hər gün ekranda izlədiyimiz tanınmış aparıcıların görünüşü ilə əsl yaşı arasında maraqlı fərqlər var. Onları seyr edərkən “görəsən neçə yaşındadır?” sualını çoxumuz veririk. Bəziləri gənc yaşına baxmayaraq daha yetkin, bəziləri isə əksinə, daha cavan görünür.
Manset.az aparıcıların yaşları ilə bağlı kiçik araşdırma edib.
ARB TV-də hər gün efirə çıxan Elgiz Əkbər 1974-cü ildə dünyaya gəlib. Hazırda 51 yaşı olsa da, efirdə daha enerjili və gənc görünüşü ilə tamaşaçıların rəğbətini qazanır.
Mətanət Əliverdiyeva isə 13 mart 1973-cü ildə doğulub. O, 52 yaşına baxmayaraq, görünüşü və pozitiv enerjisi ilə izləyiciləri təəccübləndirir.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı 1974-cü il təvəllüdlüdür. 51 yaşı olan aparıcı efirdə gənc və baxımlı görünüşü ilə seçilir.
Efirin sevilən simalarından Zaur Baxşəliyev isə 1969-cu ildə doğulub. Hazırda 56 yaşında olsa da, enerjisi və aktivliyi ilə daha gənc təsir bağışlayır.
Gənc aparıcı nəsli arasında Leyla Quliyeva xüsusi seçilir. 39 yaşı olmasına baxmayaraq, çoxları onun daha gənc olduğunu düşünür.
Axşam saatlarının məşhur aparıcısı Zaur Kamal 1974-cü il doğumludur. 50 yaşı olsa da, daim gümrah görünüşü ilə efirdədir.
Nanə Ağamalıyeva 12 fevral 1980-ci ildə anadan olub. 45 yaşlı aparıcı həm xarizması, həm də baxımlı tərzi ilə tamaşaçıların rəğbətini qazanır.
Son illərin populyar simalarından olan Kəmalə Piriyeva öz yaşını göstərən aparıcılardandır. 1990-cı il təvəllüdlü Kəmalə ekrana yaraşan simalar sırasında yer alır.
Afaq Gəncəli isə 7 sentyabr 1977-ci ildə doğulub. Xüsusilə Afaq Gəncəli efirdəki təravətli görünüşü ilə seçilir.
Lalə Azərtaş isə 30 mart 1982-ci ildə dünyaya gəlib. 43 yaşlı aparıcı efirdə peşəkarlığı və gənc görünüşü ilə yadda qalır.