Xalq artisti Faiq Ağayev qadın müğənnilərin səhnə mədəniyyəti ilə bağlı sərt fikirlər səsləndirib.
Manset.az xəbər verir ki, o, qonaq olduğu verilişdə bəzi ifaçıların geyim və davranış tərzini tənqid edib:
“Qadın ifaçılar özlərini satılıq mal kimi səhnəyə çıxarırlar. Almanın üzərinə xüsusi parafin vururlar ki, parıldasın. Amma görürsən ki, dadlı deyil. Bir qadın özünü bu hala salmamalıdır. Sənin bədənini sevgilin, həyat yoldaşın görsün, lakin efirə belə çıxma. Əməliyyat olunmusan, lap yaxşı. Bura səhnədir, belə olmaz deməklə olmur, insan özü anlamalıdır”.
Sözügedən çıxışı təqdim edirik: