Rusiyada miqrasiya qanunu sərtləşdirilir - Azərbaycanlıları nə gözləyir?

11:54 - 05 Sentyabr 2025

Rusiyada miqrasiya qanunu sərtləşdirilir - Azərbaycanlıları nə gözləyir?

Rusiyada qanunsuz yaşayan əcnəbilərin vətəndaşlıq və miqrasiya statuslarını leqallaşdırmaq üçün verilən möhlət sentyabrın 10-da başa çatacaq. Prezident Vladimir Putin 2024-cü ilin dekabrında imzaladığı fərmanla miqrantlara hüquqi vəziyyətlərini 30 aprelədək tənzimləməyi tapşırmışdı. Lakin, apreldə imzalanan yeni fərmanla bu müddət 10 sentyabr 2025-ci il tarixinə qədər uzadılıb. Rusiya mətbuatının məlumatına görə, qanunsuz miqrantların əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Azərbaycandan olduğu bildirilir. Bəs, bu qərar Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin ölkədən çıxarılmasına yönələcəkmi?


Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Rusiyada miqrasiya sahəsində qəbul olunan yeni qaydalar dövlətin daxili məsələsidir:

"Biz Rusiyanın hansı qanunun qəbul etməsi ilə bağlı şərh verə bilmərik. Hər bir dövlət öz idarəetmə sistemini təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin olunması ilə bağlı müxtəlif qanunlar qəbul edə bilər. Miqrasiya qanununda edilən sərt dəyişikliklər də miqrantlarla bağlı münasibətləri qanun çərçivəsinə salınmasını məqsəd qoyur."

Deputat qeyd edib ki, hər bir miqrant yaşadığı ölkənin qanunlarına hörmətlə yanaşmalı və qanun çərçivəsində yaşamalıdır:

"Təbii ki, bu dəyişiklik əsasən Mərkəzi Asiya və Cənubi Qafqazdan olan miqrantlara daha çox təsir edir. O cümlədən Azərbaycanla Rusiya arasındakı münasibətlərdə gərginliyin dərinləşməsi, azərbaycanlı miqrantlara da təsirsiz ötüşmür. Hətta Rusiyada azərbaycanlılara qarşı nifrətin artması üçün müxtəlif səviyyələrdə təbliğatın genişləndirildiyini də görürük. Yəni, 10 sentyabrdan qüvvəyə minəcək qanun qanunsuz yaşayıb işləyən bütün miqrantlara qarşı olsa da, azərbaycanlıların prioritet olduğunu hesab edirəm. Son vaxtlar azərbaycanlılara qarşı yoxlamaların və deportasiyaların çoxalması da, bir daha göstərir ki, biz bu məsələdə hədəf seçilmişik."


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az