Xəbər verdiyimiz kimi, ötən gün tanınmış həkim-infeksionisti Əlişir Hüseynov dünyasını dəyişib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Əlişir Hüseynov Göygöl Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, mədəsində yaranmış ağır xəstəlikdən dünyasını dəyişib.
***
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Əlişir Hüseynov vəfat edib.
Bu barədə Manset.az-a onun yaxınları məlumat verib.
Yaxınlarının verdiyi məlumata görə, tanınmış həkimin səhhətində bir müddətdi ciddi problemlər var idi.
Qeyd edək ki, Əlişir Hüseynov regionun tanınmış həkimlərindən biri olub və illərdi bu sahədə fəaliyyət göstərib.