Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Əlişir Hüseynov vəfat edib.
Bu barədə Manset.az-a onun yaxınları məlumat verib.
Yaxınlarının verdiyi məlumata görə, tanınmış həkimin səhhətində bir müddətdi ciddi problemlər var idi.
Qeyd edək ki, Əlişir Hüseynov regionun tanınmış həkimlərindən biri olub və illərdi bu sahədə fəaliyyət göstərib.