Xalq artisti Aygün Kazımova səhnə aldığı məkanlardan birində Eldəniz Məmmədovla maraqlı dialoq yaşayıb.
Manset.az xəbər verir ki, şəkil çəkdirmək üçün səhnəyə qalxan Eldəniz Məmmədovun istəyinə Aygün Kazımova sərt reaksiya verib:
“Görürsünüz, danışıram? Nə olub? Müğənnisiniz, başa düşürəm, amma müğənni müğənniyə belə hörmət etməlidir. Danışdığım, oxuduğum yerdə telefonla səhnəyə çıxıb şəkil çəkdirirsiniz. Siz oxuyanda özünüz çıxış edərsiniz, indi meydan mənimdir" - deyə reaksiya bildirib.
Qeyd edək ki, Aygün Kazımovanın bu reaksiyası sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xalq artisti sərt danışığına görə qınanıb.
Sözügedən görüntüləri təqdim edirik: