“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə yeni təyinat olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Yuliya Pasternak “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Yuliya Pasternak 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinin rəhbəri, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə alıb.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra edib. O, İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəsindən gedib.