"Qohum evliliklərinin qarşısının alınmasına nail olunması ilə qürur duyuruq" - Komitə sədri 

10:47 - 04 Noyabr 2025

\"Qohum evliliklərinin qarşısının alınmasına nail olunması ilə qürur duyuruq\" - Komitə sədri 

“Qohum evliliklərinin qarşısının alınmasına nail olunması ilə qürur duyuruq”. 



Manset.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Bir sıra İslam dinli ölkələr Azərbaycandan bu təcrübə ilə bağlı örnək götürür və bunu tətbiq etməyə çalışır”, - deyə o, fikirlərinə əlavə edib. 

Bahar Muradova xüsusilə qeyd edib ki, dəyişiklik həmçinin nikah institutunun yalnız formal bir aktdan ibarət olmadığını göstərir. Sədr nikahın təkcə hüquqi bir sənəd deyil, eyni zamanda sağlam və məsuliyyətli davranış nümunəsi olmalı olduğunu, cəmiyyətin bu istiqamətdə doğru davranış nümayiş etdirməsinin vacibliyini vurğulayıb.


Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az