Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi” - FOTO

11:53 - 17 Oktyabr 2021

Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi” - FOTO

“17 oktyabr 2020 tarixində şan, şərəf və kədər bir-birinə qarışdı. Ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi və şəhər azad olundu”.

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter səhifəsində yazıb.

“Erməni qüvvələri bədxah və qorxaq şəkildə intiqam əlaməti olaraq yenidən Gəncədəki günahsız mülki əhalini ballistik raketlərlə hədəfə aldı”, - Hikmət Hacıyev qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az