Şəmkirdə iribuynuzlu heyvanlar kütləvi şəkildə öldü - SƏBƏB

18:39 - 09 İyun 2024

Şəmkirdə iribuynuzlu heyvanlar kütləvi şəkildə öldü - SƏBƏB

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub.

Manset.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə rayonun Morul kəndində qeydə alınıb.


Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb.

Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” dərmanı alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb.

Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir.

Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az