logo
logo logo
logo

Muzdla işləyən vətəndaşların sayı açıqlandı - STATİSTİKA

10:36 - 12 Oktyabr 2026

Muzdla işləyən vətəndaşların sayı açıqlandı - STATİSTİKA

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 7.2 faiz artaraq 1 173 manat təşkil edib.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, 2026-cı il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776.8 min nəfər olub. Onlardan 834.2 min nəfəri dövlət, 942.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18.9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17.5 faizi təhsil, 13.9 faizi sənaye, 8.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8 faizi isə tikinti sahəsində çalışıb.

İşçilərin 6.2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.5 faizi maliyyə və sığorta fəaliyyəti, 2.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub. Muzdla çalışanların 15 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az