logo
logo logo
logo

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

11:37 - 11 Oktyabr 2026

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

Dünən 11 oktyabr — Beynəlxalq Qızlar Günü münasibətilə Türan Dövlətləri Qadınlar Birliyi və Etika Akademiyasının təşkilatçılığı ilə “Təhsilli qızlar: Bu günün və sabahın səsi” mövzusunda tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirin məqsədi qızların təhsil hüququna diqqət çəkmək, qadınların cəmiyyətdə rolunu və imkanlarını müzakirə etmək, uğurlu xanımların həyat və peşə təcrübəsini gənc nəsillə bölüşmək olub.

Tədbirdə bir qrup ziyalı xanımlar, alimlər, sahibkarlar və gənc tələ qızlar iştirak ediblər. Görüş çərçivəsində təhsilin fərdi inkişafda rolu, qadınların qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar, peşəkar inkişaf imkanları və cəmiyyətdə fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkəmizdə qız övladlara olan münasibətlərdən, təhsilin qızların dünyagörüşünün formalaşmasında, özünəinamının artırılmasında, hüquqlarını tanımasında və gələcək karyeralarını qurmasında rolu vurğulanıb. Panel müzakirələrdə nüminəvi simalar  öz peşəkar fəaliyyətləri boyunca qarşılaşdıqları çətinliklərdən, qazandıqları uğurlardan və şəxsi təcrübələrindən bəhs edərək gənc qızlarla tövsiyələrini bölüşüblər. Daha sonra gənc tələbə qızları maraqlandıran suallar cavablandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az