Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib.
Manset.az AFP agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatda partlayışın səbəbləri və mümkün fəsadları barədə təfərrüat açıqlanmayıb.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, Ər-Riyad hava limanının sərnişin terminalına naməlum mərmi düşüb və nəticədə yanğın baş verib.
AFP-nin paytaxt bölgəsində partlayışlarla bağlı ilk məlumatından təxminən iki saat sonra agentlik yeni partlayışlar seriyasının qeydə alındığını xəbər verib.
Lakin sonuncu partlayışların başvermə şəraiti və mümkün nəticələri barədə də əlavə məlumat təqdim edilməyib.