logo
logo logo
logo

"Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir" - Zelenski

23:18 - 11 Oktyabr 2026

\"Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir\" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.


    Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski bildirib.

    “Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Dizel yanacağının qiymətlərindən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır”, – o qeyd edib.

    Ukrayna Prezidentinin sözlərinə görə, dünyada neft və neft məhsullarının qiymətlərinin artmasının əsas səbəbi Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanmasıdır.

    Zelenski ABŞ ilə Rusiya arasında dizel yanacağına dair razılaşmanı niyə “Putinə hədiyyə” adlandırdığını da izah edib.

    “Bu razılaşma Putinə pul qazandırır. O isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var”, – Ukrayna lideri bildirib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az