logo
logo logo
logo

2 qadını maşın vurub öldürdü 

09:20 - 12 Oktyabr 2026

2 qadını maşın vurub öldürdü 

Bərdə rayonunda ağır yol qəzası baş verib.


Manset.az xəbər verir ki, dünən Bərdə şəhər Səməd Vurğun küçəsində N.Cəfərov “Mercedes” markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vurub. Qadın aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Oxşar hadisə Balakəndə də baş verib. M.Taralov dünən saat 16:10 radələrində “Toyota Carolla” markalı avtomobillə Balakən şəhər R.Səmədov küçəsi ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək piyada 1990-cı il təvəllüdlü Məmmədova Xədicə Ramiz qızını vurub. O aldığı xəsarətlər nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az