AB rəsmisi Azərbaycana gəlir

21:25 - 19 İyun 2024

AB rəsmisi Azərbaycana gəlir

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hekstr noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

 

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən Manset.az-a verilən məlumata görə, komissar Hekstr COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az