Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək - Nümayəndələr təyin olunacaq

17:40 - 02 İyul 2024

Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək - Nümayəndələr təyin olunacaq

Sabah - iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.


Manset.az Report.az-a istinadən xəbər verir ki, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az