Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

10:00 - 11 İyul 2024

Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “National Post” qəzeti məlumat yayıb.

Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.

Qeyd edilib ki, C.Trüdo Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az