Bakıda yaşayış binasında yanğın baş verib.
Manset.az xəbər verir ki, yanğın Yasamal rayonu, Parlament prospektində olan yeni yaşayış binasında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.