"Hesab edirəm ki, 1 sentyabr Növbədənkənar Parlament seçkilərindən sonra Azərbaycan Parlamentində müəyyən qədər yeni simalar olacaq. Ötən Parlamentdə kimlərin fəaliyyətindən razı qalıb-qalmamaq məsələsinə gəldikdə ilk növbədə həmin millət vəkillərini seçən seçicilərdən soruşmaq daha yaxşı olardı ki, seçdiyiniz millət vəkilləri sizin sosial-iqtisadi və digər problemlərinizin həllində yardımçı ola bildilərmi? Sizin mövcud problemlərinizi parlament kürsüsündən aidiyyatı orqanlara çatdırma imkanları ola bildimi?"
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış jurnalist, "Vətəninfo.az" informasiya portalının baş redaktoru Nahid Canbaxışlı deyib.
Baş redaktor bildirib ki, 125 deputatın içərisində 10-15-i var ki, onlar yenidən seçilsələr daha yaxşı olar:
"Mən düşünürəm ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan qələbələr bütövlükdə Azərbaycan cəmiyyətinin həm regional, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsidir. Azərbaycan Parlamentinin bu qələbədə hansısa payını və rolunu deyə bilmərik. Parlamentarilərin fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, bir çox millət vəkilinin öz seçiciləri ilə işləmə prinsipini yüksək qiymətləndirirəm. Həmin millət vəkilləri yenidən seçilmə imkanına, hüququna malikdirlər və seçilsələr daha yaxşı olar. Adbaad qeyd etdiyim deputatların adını çəkib hansısa şkalayla qiymətləndirmək niyyətində də deyiləm. Amma 125 millət vəkili içərisində bunun 5-6 və yaxud bir az da dərinə gedib müəyyən qədər araşdırsaq, 10-15 deputata çatar-çatmaz. O ki, qaldı ümumi məsələlərlə bağlı müzakirələrdəki fikirlərə... Əlbəttə ki, bir çox millət vəkilinin həm komitələrin iclasında, həm də Parlamentin cari məsələlərə ayırdığı vaxtda müəyyən qədər çıxışları olub. Bu da ictimaiyyətə işləməyə xatir olub. Yəni görsünlər ki, biz doğrudan da Parlamentdə susqun millət vəkilləri sırasında deyilik".
Baş redaktor konkret adlar da çəkib:
"Mənim üçün Malik Həsənovun, Ziyad Səmədzadə kimi yaşlı deputatların yenidən namizəd olması və deputat seçilməsi çox maraqsızdır. Onlar yenidən seçilib nə edəcəklər? 84 yaşlı Ziyad Səmədzadə nə iş görə bilər? Malik Həsənov seçilib nə edəcək? Əgər Cəlilabadda normal seçki keçirilsə, Malik Həsənov ən az səs toplayan namizəd olar. Öz dostlarından başqa ona səs verən olmayacaq".
N. Canbaxışlı hesab edir ki, qarşıdakı illərdə yaşlı və ayağı yer tutmayan deputatlar parlamentdə təmsil olunmayacaq:
"Düşünürəm ki, qarşıdakı illərdə ölkədə referendum keçiriləcək və Azərbaycan Konstitusiyasında vacib və əhəmiyyətli dəyişikliklər olacaq. Yəqin ki, Azərbaycan Parlamentində deputat sayı da artırılacaq. Biz bu saydan sonra növbəti seçkilərdə yeni seçki və simalar görərik. Güman edirəm ki, ayağının birini aparıb, digərini yadından çıxaran insanlar Parlamentdə olmazlar. Çünki onların son seçkisi idi.
Bilirsiniz, Azərbaycan Parlamentində o qədər qəribə hadisələr baş verir ki, bunu görməməzlikdən gəlmək düzgün deyil. Mən çox istəyərdim ki, siz sualı daha çox bu yöndə qoyasınız ki, niyə və hansı səbəbdən hakim partiya bu parlament seçkilərində öz namizədlərinin Azərbaycan mediasında təbliğatına qadağa qoyur? Mən sizə Azərbaycan Parlamentinin fəaliyyətini yaxından izləyən biri kimi səmimi deyirəm ki, Parlamentin sədri Sahibə Qafarova çox gözəl, mədəni və əxlaqi şəkildə Milli Məclisi idarə edib. Ayrı-seçkilik etməyib, müxalifətə biganə yanaşmayıb. Bitərəf mövqe sərgiləyərək qarşıdurma yaratmadan Parlamentin idarə olunmasını həyata keçirib. Mən Sahibə xanımın bu cür yüksək intellektual keyfiyyətə malik bir xanım olduğuna görə ona təşəkkür edirəm ki, digər ölkələrin parlamentlərindən fərqli olaraq Azərbaycan Parlamentində hansısa özbaşınalıqlar baş verməyib. Bu baxımdan, bəlkə də yeganə olaraq həm Sahibə xanımın, eyni zamanda müxalif siyasi düşərgədən Tahir Kərimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, YAP-dan isə Siyavuş Novruzovun fəaliyyətini yüksək qiymətləndirmək olar. Siyavuş bəy hakim siyasi partiyanın üzvüdür. Millət vəkili olaraq haqları tapdalanan insanların hüquqlarının müdafiəsi istiqamətində çox ciddi çıxışları olub".
“125 deputatdan sadəcə 10-15-i…” - Baş redaktor sərt danışdı
15:17 - 21 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
03 Oktyabr 2026 - 15:04
Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
03 Oktyabr 2026 - 09:33
Azərbaycan nefti cüzi ucuzlaşdı
03 Oktyabr 2026 - 10:26
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
03 Oktyabr 2026 - 09:45
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı
03 Oktyabr 2026 - 09:20
Anasının üzərinə benzin tökərək yandırdı - Tovuzda dəhşət
03 Oktyabr 2026 - 10:33
lkin Namazov vəzifəsindən azad edildi
03 Oktyabr 2026 - 12:47
Sabah da Bakıya yağış yağacaq? - Proqnoz
03 Oktyabr 2026 - 11:06
İlham Əliyev Vizeri qəbul edib ordenini təqdim etdi - FOTOLAR
03 Oktyabr 2026 - 10:16
Prezident onu "Dostluq" ordeni ilə təltif etdi - SƏRƏNCAM (FOTO)
03 Oktyabr 2026 - 01:00
ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqladı
03 Oktyabr 2026 - 00:30
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
03 Oktyabr 2026 - 10:45
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
Xəbər xətti
- 03 Oktyabr 2026
- 23:58 "Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır" - Zelenski
- 23:46 İngiltərə yığması Xorvatiyaya qalib gəldi
- 23:35 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
- 23:14 İoanna Kuçuradi vəfat etdi
- 22:53 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır
- 22:34 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirdi
- 22:18 İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- 21:56 "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
- 21:34 Bu yollarda duman olacaq - XƏBƏRDARLIQ
- 21:15 ABŞ-də 6 nəfərin olduğu təyyarə radarlardan itdi
- 20:51 Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı - YENİLƏNİB
- 20:32 Sahibə Qafarova Tanzaniyaya səfər etdi - FOTO
- 20:18 U-20 millimiz Moldovaya uduzdu
- 20:06 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
- 19:43 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 19:29 Rusiyada kimya zavodunda YANĞIN - 5 nəfər öldü
- 19:16 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO
- 18:54 Bakıda market və avtomobildən oğurluq etdilər - Saxlanıldılar
- 18:34 Bakıda saxta iş elanı verən şəxs həbs olundu
- 18:16 Ağdaşda ev yandı - Ana və oğulları yaralandı
- 17:53 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
- 17:32 "Gəncə" "Ordu"nu məğlub etdi
- 17:14 Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
- 16:58 Bu ərazilərə qar yağır - Faktiki hava
- 16:31 Quba-Xınalıq yolunda torpaq sürüşməsi olub - FOTO
- 16:12 DİN narkotiklə bağlı əməliyyatlar keçirdi - Saxlanılanlar var
- 15:57 Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
- 15:34 Bu gün Azərbaycanın U-20 millisi yoldaşlıq oyununa çıxacaq
- 15:04 Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
- 14:52 Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib
- 14:31 Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır - Video + Foto
- 14:05 Sürət həddi endirildi - Sürücülərin DİQQƏTİNƏ
- 13:57 Psixoterapevt Kaşpirovski 87 yaşında vəfat etdi
- 13:48 40 manat cərimə oluna bilərsiniz - Sürücülərin nəzərinə
- 13:38 “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” yarışı davam edir - VİDEO
- 13:22 “YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu” - Vüqar Rəhimzadə
- 13:13 Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - 15 oktyabrdan
- 13:00 “Oktyabrın 3-ü yeni siyasi mərhələnin başlanğıcı kimi yadda qalıb” - Deputat
- 12:47 Sabah da Bakıya yağış yağacaq? - Proqnoz
- 12:35 "3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir" - Kamaləddin Qafarov
- 12:27 Moskvada restoranda İNSİDENT - Azərbaycanlı kişi bıçaqlandı
- 12:19 180 ailə doğma yurduna köçürüldü - Böyük Qayıdış
- 12:08 "Cəbrayılın adı həm Zəfər, həm də Böyük Qayıdış anlayışları ilə sıx bağlıdır" - Pərvanə Vəliyeva
- 11:54 Dünən cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
- 11:40 Ferhat Gündoğdu da həbs edildi
- 11:28 Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
- 11:17 "Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk" - Prezident
- 11:12 Prezident həmkarlarına təbrik məktubu ünvanladı
- 11:06 İlham Əliyev Vizeri qəbul edib ordenini təqdim etdi - FOTOLAR
- 10:56 XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım - FOTO
- 10:50 Suqovuşanın azad edilməsindən 6 il ötür