"Hesab edirəm ki, 1 sentyabr Növbədənkənar Parlament seçkilərindən sonra Azərbaycan Parlamentində müəyyən qədər yeni simalar olacaq. Ötən Parlamentdə kimlərin fəaliyyətindən razı qalıb-qalmamaq məsələsinə gəldikdə ilk növbədə həmin millət vəkillərini seçən seçicilərdən soruşmaq daha yaxşı olardı ki, seçdiyiniz millət vəkilləri sizin sosial-iqtisadi və digər problemlərinizin həllində yardımçı ola bildilərmi? Sizin mövcud problemlərinizi parlament kürsüsündən aidiyyatı orqanlara çatdırma imkanları ola bildimi?"
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış jurnalist, "Vətəninfo.az" informasiya portalının baş redaktoru Nahid Canbaxışlı deyib.
Baş redaktor bildirib ki, 125 deputatın içərisində 10-15-i var ki, onlar yenidən seçilsələr daha yaxşı olar:
"Mən düşünürəm ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan qələbələr bütövlükdə Azərbaycan cəmiyyətinin həm regional, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsidir. Azərbaycan Parlamentinin bu qələbədə hansısa payını və rolunu deyə bilmərik. Parlamentarilərin fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, bir çox millət vəkilinin öz seçiciləri ilə işləmə prinsipini yüksək qiymətləndirirəm. Həmin millət vəkilləri yenidən seçilmə imkanına, hüququna malikdirlər və seçilsələr daha yaxşı olar. Adbaad qeyd etdiyim deputatların adını çəkib hansısa şkalayla qiymətləndirmək niyyətində də deyiləm. Amma 125 millət vəkili içərisində bunun 5-6 və yaxud bir az da dərinə gedib müəyyən qədər araşdırsaq, 10-15 deputata çatar-çatmaz. O ki, qaldı ümumi məsələlərlə bağlı müzakirələrdəki fikirlərə... Əlbəttə ki, bir çox millət vəkilinin həm komitələrin iclasında, həm də Parlamentin cari məsələlərə ayırdığı vaxtda müəyyən qədər çıxışları olub. Bu da ictimaiyyətə işləməyə xatir olub. Yəni görsünlər ki, biz doğrudan da Parlamentdə susqun millət vəkilləri sırasında deyilik".
Baş redaktor konkret adlar da çəkib:
"Mənim üçün Malik Həsənovun, Ziyad Səmədzadə kimi yaşlı deputatların yenidən namizəd olması və deputat seçilməsi çox maraqsızdır. Onlar yenidən seçilib nə edəcəklər? 84 yaşlı Ziyad Səmədzadə nə iş görə bilər? Malik Həsənov seçilib nə edəcək? Əgər Cəlilabadda normal seçki keçirilsə, Malik Həsənov ən az səs toplayan namizəd olar. Öz dostlarından başqa ona səs verən olmayacaq".
N. Canbaxışlı hesab edir ki, qarşıdakı illərdə yaşlı və ayağı yer tutmayan deputatlar parlamentdə təmsil olunmayacaq:
"Düşünürəm ki, qarşıdakı illərdə ölkədə referendum keçiriləcək və Azərbaycan Konstitusiyasında vacib və əhəmiyyətli dəyişikliklər olacaq. Yəqin ki, Azərbaycan Parlamentində deputat sayı da artırılacaq. Biz bu saydan sonra növbəti seçkilərdə yeni seçki və simalar görərik. Güman edirəm ki, ayağının birini aparıb, digərini yadından çıxaran insanlar Parlamentdə olmazlar. Çünki onların son seçkisi idi.
Bilirsiniz, Azərbaycan Parlamentində o qədər qəribə hadisələr baş verir ki, bunu görməməzlikdən gəlmək düzgün deyil. Mən çox istəyərdim ki, siz sualı daha çox bu yöndə qoyasınız ki, niyə və hansı səbəbdən hakim partiya bu parlament seçkilərində öz namizədlərinin Azərbaycan mediasında təbliğatına qadağa qoyur? Mən sizə Azərbaycan Parlamentinin fəaliyyətini yaxından izləyən biri kimi səmimi deyirəm ki, Parlamentin sədri Sahibə Qafarova çox gözəl, mədəni və əxlaqi şəkildə Milli Məclisi idarə edib. Ayrı-seçkilik etməyib, müxalifətə biganə yanaşmayıb. Bitərəf mövqe sərgiləyərək qarşıdurma yaratmadan Parlamentin idarə olunmasını həyata keçirib. Mən Sahibə xanımın bu cür yüksək intellektual keyfiyyətə malik bir xanım olduğuna görə ona təşəkkür edirəm ki, digər ölkələrin parlamentlərindən fərqli olaraq Azərbaycan Parlamentində hansısa özbaşınalıqlar baş verməyib. Bu baxımdan, bəlkə də yeganə olaraq həm Sahibə xanımın, eyni zamanda müxalif siyasi düşərgədən Tahir Kərimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, YAP-dan isə Siyavuş Novruzovun fəaliyyətini yüksək qiymətləndirmək olar. Siyavuş bəy hakim siyasi partiyanın üzvüdür. Millət vəkili olaraq haqları tapdalanan insanların hüquqlarının müdafiəsi istiqamətində çox ciddi çıxışları olub".
“125 deputatdan sadəcə 10-15-i…” - Baş redaktor sərt danışdı
15:17 - 21 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
24 Fevral 2026 - 17:25
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO
25 Fevral 2026 - 14:20
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
25 Fevral 2026 - 09:43
Tolikin verilişinin canlı yayımı dayandırıldı
24 Fevral 2026 - 23:49
Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB
25 Fevral 2026 - 00:24
Elgiz və Tolikin verilişi bağlandı? - AÇIQLAMA
24 Fevral 2026 - 18:12
Bu rayonlara qar yağır - Faktiki hava
25 Fevral 2026 - 13:00
AMEA-nın iclasında "YUXU SAATI" - FOTOLAR
24 Fevral 2026 - 18:31
Hazırda 18 yolda tıxac var - SİYAHI
24 Fevral 2026 - 16:08
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR - 43 nəfər işsiz qaldı
24 Fevral 2026 - 22:42
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
25 Fevral 2026 - 01:50
"Qarabağ" "Nyukasl"a 3:2 hesabla uduzdu - YENİLƏNİB
24 Fevral 2026 - 21:32
Nazir onu yeni vəzifəyə təyin etdi - FOTO
Xəbər xətti
- 25 Fevral 2026
- 16:00 Yasamalda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
- 15:52 Zakir Həsənov idarə rəisini işdən çıxardı
- 15:50 Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!”
- 15:41 Azərbaycanlı media rəhbərləri ilə Qazaxıstanın aparıcı media qurumu arasında görüş keçirildi – FOTOLAR
- 15:35 Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- 15:23 Gümüşü olanlara sevindirici xəbər
- 15:07 Sakit okeanda GƏRGİNLİK - Yaponiyadan raket addımı
- 14:55 Zaur Nəbioğluna şiddətli töhmət verilib? - ATV-dən açıqlama
- 14:34 Evini geri alan paytaxt sakininə "sürpriz" - 10 min manat kommunal borcunu kim ödəyəcək?
- 14:30 Əli Əsədov TBMM-in komitə sədri ilə görüşdü
- 14:20 Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
- 13:35 Pensiya və sosial yardım alanlara ŞAD XƏBƏR
- 13:15 10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı - VİDEO
- 13:07 Sabah hava necə olacaq?
- 13:00 AMEA-nın iclasında "YUXU SAATI" - FOTOLAR
- 12:38 Pakistanda bombalı hücum - Ölən və yaralananlar var
- 12:31 Anar Kərimova daha bir vəzifə verildi
- 12:24 Fərid Qayıbov ADU-nun tələbələri ilə görüşdü - FOTOLAR
- 12:18 Türkiyədə "F-16"nın düşmə anının görüntüləri ortaya çıxdı - VİDEO
- 12:15 Audiovizual Şuranın iclasında nələr müzakirə olunub? - AÇIQLAMA
- 12:07 Epşteyn qalmaqalında adı hallanan məşhur həkim istefa verdi
- 11:49 İlham Əliyev Lənkərandadır - FOTOLAR
- 11:28 Sabiq deputatın nəşi Bakıya gətirildi
- 11:22 Bakının bu küçələri təmir olunur - VİDEO/FOTO
- 11:12 Beynəlxalq Hava limanı bağlandı
- 11:07 İlham Əliyev Küveyt Əmirini təbrik etdi
- 10:59 Neftimizin yeni QİYMƏTİ
- 10:46 Sabah Bakıda bu yollar BAĞLANACAQ
- 10:41 Bu rayonlara qar yağır
- 10:35 "Tarixə keçəcək dəyişim başlatdım" - Trampdan iddialı AÇIQLAMA
- 10:24 Seldə ölənlərin sayı 25-ə çatdı
- 10:20 Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
- 10:10 Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub
- 09:53 ABŞ-dən gərginliyi artıracaq addım - 12 "F-22" bu ölkəyə eniş etdi
- 09:43 Tolikin verilişinin canlı yayımı dayandırıldı
- 09:40 Ramiz Mehdiyev AMEA-nın üzvlüyündən niyə çıxarılmır? - AÇIQLAMA
- 09:23 Leyla və Alena Əliyevalar Qubada - FOTOLAR
- 09:07 Azərbaycan Türkiyəyə başsağlığı verdi
- 08:59 Paytaxtın bu küçələrində sıxlıq var
- 08:30 Yüksək təzyiq zamanı qəhvə içmək olarmı?
- 08:00 Bu günlərdə oruc tutmaq qadağandır
- 07:30 Ürək sağlamlığı üçün effektiv üsul
- 02:47 "ÇL-də İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu"
- 01:57 1/8 finala yüksələn 4 komanda müəyyənləşdi
- 01:50 "Qarabağ" "Nyukasl"a 3:2 hesabla uduzdu - YENİLƏNİB
- 00:24 Elgiz və Tolikin verilişi bağlandı? - AÇIQLAMA
- 24 Fevral 2026
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:49 Gültəkin Hacıbəyli sərbəst buraxıldı - YENİLƏNİB
- 23:47 "Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindəndir" - Vüqar Rəhimzadə
- 23:33 Qızlara söz atan məktəblini döydü - Həbs olundu
- 23:16 Gəncədə azyaşlını maşın vurdu