Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

09:51 - 30 Sentyabr 2024

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.

 

Manset.az xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.

BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.

Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edirlər.

Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az