“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”
Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
10:39 - 04 Oktyabr 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Prezidentdən Çin səfəri ilə bağlı PAYLAŞIM

Livanlı muzdlu terrorçunun aclıq aksiyası keçirməsi xəbəri yalandır

Pekin İlham Əliyevi qarşılamağa belə hazırlaşdı - VİDEO

“Qırmızı Xaç” sabah Azərbaycandan gedir - RƏSMİ

Milli Məclisdən Rusiya ilə bağlı BƏYANAT

Prezidentin hotelin heyəti ilə səmimi görüntüləri - VİDEO

İlham Əliyev xanımı ilə Pekinə yola düşdü - VİDEO

İlham Əliyev Çində görüş keçirdi - FOTOLAR

Xankəndidə separatçıların "SİMVOL"U olan tikili söküldü - VİDEO

Niyə məhz yelpik?..

"Ermənistan Vaşinqtonda Bakı ilə əldə edilmiş razılaşmalara sadiqdir"

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı
Xəbər xətti
- 03 Sentyabr 2025
- 01:30 “iPhone 17”nin görüntüləri yayıldı - VİDEO
- 00:30 Bu ölkədə partlayış - 4 ölü, 17 yaralı
- 02 Sentyabr 2025
- 23:52 Qadın çəkiliş gələnə qədər öldürülübmüş... - VİDEO
- 23:45 Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər
- 23:29 "Rusiya zərbələr endirməyə davam edir və biz buna cavab verəcəyik"
- 22:56 “Azərişıq” ASC-nin Peşə Ustalığı Yarışlarının Mərkəzi Aran turu başa çatdı
- 22:34 Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin nəzərinə
- 22:17 Ruben Vardanyanın məhkəməsi davam etdirilib
- 21:46 Tiktoker Xosrov həbs olundu
- 21:17 Prezidentdən Çin səfəri ilə bağlı PAYLAŞIM
- 20:48 İlkay Gündoğan “Qalatasaray” üçün İstanbulda - FOTO
- 20:14 Livanlı muzdlu terrorçunun aclıq aksiyası keçirməsi xəbəri yalandır
- 19:45 Bakının bu küçələrində hərəkət qismən məhdudlaşdırılacaq
- 19:32 Sabunçuda uşağa işgəncə verən qəyyum SAXLANILDI
- 19:23 Elnarə Baxış yüksək vəzifəyə təyin edildi
- 19:09 Cinayət Axtarışı İdarəsi tərəfindən ƏMƏLİYYAT - Saxlanılanlar var
- 18:57 Göygöldə ağır QƏZA - Ölən var
- 18:39 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:27 Bakıda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
- 18:14 Bir nəfər süni göldə batdı - Abşeronda faciə
- 17:59 La Liqada ən bahalı transferlər hansılardır?
- 17:53 Anar Bağırov təcrübəçi tələbələrlə görüşdü - FOTOLAR
- 17:37 Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır
- 17:29 Xəstələr üçün yığılan 10 min manatı ələ keçirdi
- 17:16 Əfqanıstanda yenidən zəlzələ oldu
- 17:12 Kəmaləddin Heydərov paralimpiya çempionuna vəzifə verdi - FOTO
- 17:03 Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
- 16:50 Sarayda qayın gəlini qətlə yetirdi
- 16:47 Çikaqoda atışmalarda 7 nəfər ölüb - 47 yaralı var
- 16:37 ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
- 16:26 Türkiyədə avtomobil körpü baryerinə çırpıldı - Sürücü öldü
- 16:10 "Əfqanıstanda zəlzələdən sonra yardım imkanları tükənib" - BMT
- 16:05 "Mançester Siti" Canluici Donnarummanı transfer etdi
- 15:46 "Prezidentin Çin səfəri mühüm əhəmiyyət daşıyır" - Vahid Əhmədov
- 15:18 İsrail hücumlarında ölənlərin sayı 63 mindən çoxdur
- 15:07 Bakının mərkəzində QƏZA - Svetofor aşdı
- 14:53 Paytaxtda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 14:45 Pekin İlham Əliyevi qarşılamağa belə hazırlaşdı - VİDEO
- 14:27 Dünyanın ən zəngin 10 adamı açıqlandı
- 14:21 “Avropaya hücum niyyətimiz yoxdur” - Putin
- 14:14 Madurodan ABŞ-yə sərt ittiham - “Nüvə təhdididir”
- 14:06 “Qırmızı Xaç” sabah Azərbaycandan gedir - RƏSMİ
- 13:52 Ali Koç 37 milyon avroluq təklifi rədd etdi - SƏBƏB
- 13:47 TikTok-da intim görüntülərlə şantaj edən şəxs saxlanıldı – DİN-dən əməliyyat
- 13:30 Milli Məclisdən Rusiya ilə bağlı BƏYANAT
- 13:25 Boşanma niyə baş verir?: Psixoloq səbəbləri açıqladı - VİDEO
- 13:04 Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi
- 12:57 Sudanda torpaq sürüşməsi - 1000 nəfər öldü
- 12:44 Zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatdı
- 12:32 Sabahın havası açıqlandı
- 12:28 "Bu halda, uran zənginləşdirmə səviyyəsi endiriləcək" - İran

