“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”
Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
10:39 - 04 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
26 Sentyabr 2026 - 10:50
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
26 Sentyabr 2026 - 10:23
"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - İlham Əliyev
25 Sentyabr 2026 - 22:16
Prezidentin general rütbəsi verdiyi şəxs bu deputatın qardaşıdır
26 Sentyabr 2026 - 16:15
Media və Yayım Şurasından Türkiyə mediasındakı paylaşımlarla bağlı BƏYANAT
26 Sentyabr 2026 - 01:30
Üzümün faydaları - Kimlər çox yeməməlidir?
26 Sentyabr 2026 - 14:28
Ankarada “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirildi - FOTOLAR
25 Sentyabr 2026 - 22:51
Mahnı sifarişi üstündə DAVA - Bıçaqlanan var
25 Sentyabr 2026 - 19:34
Vətəndaş Qəbulu Mərkəzində oktyabr üçün qəbul cədvəli
25 Sentyabr 2026 - 20:49
“Sabah”ın 4 ev oyunu üçün VIP biletlərinin QİYMƏTİ
25 Sentyabr 2026 - 18:42
Fəhlələri daşıyan mikroavtobus aşdı: Yaralılar var - FOTO
25 Sentyabr 2026 - 21:57
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edəcək
25 Sentyabr 2026 - 21:32
Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi
Xəbər xətti
- 26 Sentyabr 2026
- 17:59 Sumqayıt məktəbində 1 tualet var - Qız valideynlərindən NARAZILIQ
- 17:46 Formula 1 Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı - FOTOLAR
- 17:36 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etdi - FOTO/VİDEO
- 17:30 “Onlar üçün həqiqətən qürur duyuram” - Rassell
- 17:12 Prezident Aleksandr Oşpelt ilə görüşdü - FOTOLAR
- 16:54 Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu
- 16:48 AIIF 2026 başa çatdı - 10,8 milyardlıq 23 sənəd imzalandı
- 16:32 İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - FOTOLAR
- 16:15 Media və Yayım Şurasından Türkiyə mediasındakı paylaşımlarla bağlı BƏYANAT
- 15:54 Prezident və xanımı Formula 1-i izlədilər - YENİLƏNİB
- 15:36 Azərbaycan Jurnalistlərinin IX qurultayı bu tarixdə keçiriləcək
- 15:23 Əsas yarış başladı - “Formula 1”
- 15:15 Qubada 2 avtomobil toqquşdü
- 14:53 Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanıldı
- 14:31 Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
- 14:28 Ankarada “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirildi - FOTOLAR
- 14:14 Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından GÖRÜNTÜLƏR
- 13:55 AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edildi - FOTOLAR
- 13:45 "“Qarabağ”a yeni transferlər lazımdır, bunun üçün büdcəmiz var" - Tahir Gozəl
- 13:35 Təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanıldı - FOTO
- 13:25 Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi - FOTO
- 13:15 “Qızım “Referans”ın həkimlərinin qurbanı oldu” - Fidanın atasından ağır ittihamlar
- 13:08 Sabunçuda 10 min manatlıq elektrik naqili oğurlandı
- 12:55 Sabah hava necə olacaq? - PROQNOZ
- 12:47 Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu
- 12:36 “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirildi - FOTOLAR
- 12:28 Tramp Hörmüz boğazına yeni ad verdi: “Tramp boğazı” - FOTO
- 12:20 “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılışı olacaq - VİDEO
- 12:10 “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - FOTOLAR
- 12:00 İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - YENİLƏNDİ (FOTOLAR)
- 11:57 Laçında traktor minaya düşdü
- 11:48 FİFA-dan “Fənərbağça”ya qadağa
- 11:38 Yasamalda avtomobildən 2 600 manatlıq oğurluq oldu
- 11:27 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
- 11:20 Ombudsman 55 nömrəli məktəbdə monitorinq apardı
- 11:12 Yardımlıda 16 kiloqram narkotik aşkarlandı
- 11:05 “Azərişıq” ASC-nin nümayəndələri Culfada fermer və sahibkarlarla görüşdü - FOTOLAR
- 11:00 Formula 2-də ikinci əsas yarış başladı
- 10:57 UEFA Millətlər Liqası: Türkiyə uduzdu - Bütün NƏTİCƏLƏR
- 10:50 30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
- 10:40 Axtarışda olan 198 nəfər tutuldu
- 10:30 Pezeşkian Trampın Hörmüzlə bağlı təklifinin təfərrüatlarını açıqladı
- 10:23 "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - İlham Əliyev
- 10:16 Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
- 10:08 “Onun bir sözü də, bir vergülü də dəyişməyib” - İlham Əliyev
- 10:04 “Bu, bizim inkişafımızın əsas istiqamətləridir” - Prezident
- 10:00 “Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
- 09:51 “Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
- 09:40 "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" - İlham Əliyev
- 09:31 "Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir" - Prezident
- 09:28 "Bu gün 2 mühüm sənəd imzalanacaq" - İlham Əliyev