Azərbaycan və Türkiyə birgə təlimə hazırlaşır

19:17 - 14 Noyabr 2024

Azərbaycan və Türkiyə birgə təlimə hazırlaşır

Azərbaycan və Türkiyə dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlər 18-29 noyabr tarixləri arasında keçiriləcək.

Məlumata görə, təlimlərdə iki ölkənin Sualtı Hücum (SAT) və Sualtı Müdafiə (SAS) bölmələri iştirak edəcək.

Təlimlərin Muğlada keçirilməsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az