"Azərbaycan Prezidenti ilə məhsuldar danışıqlar apardıq" - Kobaxidze

17:58 - 17 Yanvar 2025

\"Azərbaycan Prezidenti ilə məhsuldar danışıqlar apardıq\" - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar apardığını bildirib.

 

Manset.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz ikitərəfli və regional məsələlər üzrə məhsuldar dialoq apardıq və strateji tərəfdaşlığımızın əhəmiyyətini vurğuladıq", - o qeyd edib.

İ.Kobaxidze bu görüşün iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ümumi məqsədlərə nail olmağa yol açacağına əminliyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az