Yazıçı Orxan Saffari ilə aktyor və rejissor Kənan MM arasında yaşanan gərginlik aradan qalxıb.
Manset.az xəbər verir ki, tərəflər sosial şəbəkə paylaşımları ilə aralarında yaranmış narazılığa aydınlıq gətiriblər. Orxan Saffari məsələni bağlanmış hesab etdiyini bildirib.
Kənan MM isə açıqlamasında emosional davrandığını etiraf edib, qarşı tərəfə və ailəsinə ünvanlanan ifadələrə görə peşman olduğunu qeyd edib və üzr istəyib.
Daha sonra tərəflər görüşərək barışdıqlarını və aralarındakı incikliyin aradan qalxdığını açıqlayıblar.